Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Ərdoğan məni yaxşı tanıyır" - Mübariz Mənsimov barəsində açılmış cinayət işi barədə
Mübariz Mənsimov

Türkiydə yaşayan azərbaycanlı milyonçu, xeyriyyəçi Mübariz Mənsimov barəsində açılmış cinayət işi ilə əlaqədar Türkiyə prezidentinə müraciət edib.

Bizimyol.info xəbər verir ki, Mübariz Mənsimov bu barədə “ASASMedya”ya müsahibəsində danışıb.O dövlət başçısına məktub yazaraq məlumat verdiyini dilə gətirib.

“Məni ən yaxşı dövlət başçısı tanıyır. Ərdoğan FETÖ və ya digər terrrorçularla hər hansı əlaqəmin olmadığını yaxşı bilir. 4 dekabrda yaxın dostlarım mənə dedilər ki, LukOil və SOCAR şirkətlərinin bəzi əməkdaşları mənə Türkiyədə tələ qurmağa hazırlaşırlar. Türkiyədə bunun ola biləcəyini düşünmədim. İndi mənə ciunayət işi açılıb və xaricə çıxmağım qadağan edilib. Dəfələrlə müraciət etsəm də kimsə mənə zəng edib ifadəmi almayıb.SOCAR rəhbərinin yaxın qohumu bu işin sifarişçisidir. Məni davamlı olaraq bir maşınla təqib edirlər. Bundan narahat olmuram. Hətta işçilərimə dedim onlara çay versinlər( gülür). SOCAR və Lukoil şirkətləri ilə məhkəməmiz Londonda olacaq. Uduzacaqlarını bildirkləri üçün üstümə FETÖ iftirası atırlar. FETÖ-çü axtaranlar ANS-in nədən bağlandığını araşdırsınlar Onların iç üzünü və Azərbaycanla əlaqələrini açıqladıqlıarına görə kanal bağlandı.Mənim FETÖ ilə məzhəbim də uymur, mən şiəyəm.Həyatım boyunca dürüst yaşadım, məni belə şeylərlə qorxutmaq olmaz”,- deyə o bildirb.

İlhamə Rəsulova

Paylaş »
››› "Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan evi - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Türkiyədə koronavirusla bağlı son vəziyyət
››› Alimlər Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırır
››› ABŞ-da jurnalist Trampı tribunanı tərk etməyə vadar etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »