Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hədə-qorxu gəldiyinizi güman etməyin” - xanım namizəddən Fəzail Ağamalıya cavab

“9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar parlament seçkiləri bitsə də, 60 saylı Salyan-Neftçala seçki dairəsindən qeydə alınmış namizəd olaraq mənim hüquqi mübarizəm hələ də davam edir”.

Bizimyol.info xəbər verir ki, bunu 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Aytən Qurbanova bildirib.

O, qanun pozuntuları və nəticələrin saxtalaşdırılması ilə bağlı rəsmi müraciətinin araşdırılaraq obyektiv qərar qəbul ediləcəyinə əmin olduğunu qeyd edib: “Onu da çox hörmətli Fəzail Ağamalının nəzərinə çatdırım ki, mən hal-hazırda xəstə olduğum üçün işə getmirəm, yəni əziyyət çəkib mənim iş yerim, iş qrafikim ilə maraqlanaraq və ya ətrafda məni dəstəkləyənlərin polis tərəfindən axtarılması şayəsini yayaraq bizə hədə-qorxu gəldiyinizi güman etməyin.

üquqlarımızın qorunması üçün hüquq-mühafizə orqanlarına və bütün aidiyyəti qurumlara bu gün rəsmi olaraq müraciət ediləcək”.

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb. Açıqlanan məlumata əsasən 49,2 faiz səslə 60 saylı Salyan-Neftçala seçki dairəsindən Fəzail Ağamalı qalib elan olunub.

Aytən Qurbanova

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »