Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Natiq Cəfərli Erkin Qədirlinin seçilməsindən və atasının səhvindən yazdı

“Erkini 16 ildir tanıyıram, ən yaxın dostlarımdan biridir, adamı çox sevirəm, çünki dürüstdür, merkantil deyil, həyatda öz yolu və düşüncələri olan nadir insanlardır. Mən ondan çox şey öyrənmişəm, bu gün onu tənqid edən, hətta söyən adamların əksəriyyəti də ondan çox şey öyrəniblər, həmin adamlar Erkinin mühazirələri, fikirləri ilə böyüyüblər.

Erkin heç vaxt gizlətməyib ki, "elitada" onu tanıyırlar, sayırlar, hörmət edirlər, hətta görüşürlər. Ona ilk dəfə 2000-ci ildə deputat olmaq təklif olunub - adam imtina edib və deyib ki, 28 yaşı var, onu heç kəs tanımır, kim ona səs verəcək ki, o da seçilsin?! Təklif verənlər onun saflığına gülsələr də, hörmətləri də artıb”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri REAL partiyasının həmtəsisçisi, deputat seçkilərində qalib ola bilməyən Natiq Cəfərli tərəfdaşı, gələcək deputat Erkin Qədirli barədə yazıb.

“2000-2005 arası Erkin TV-lərə çıxmağa başladı, forumlarda yazırdı, mətbuata müsahibələr verirdi - 2005-də yenə ona təklif edirlər ki, artıq tanınırsan, gəl deputat ol - Erkin imtina etdi ki, mənə səs verən olmayacaq.

2010-da Erkin REAL-dan namizəd oldu, onun İTV dəki çıxışı səs yaratdı, amma o vaxt Abel fovarit indi, o zaman da Erkinə demişdilər ki, dairəni dəyiş, şans yaradaq - dəyişmədi, dirəşdi.

Erkin Qədirli Erkin Qədirli

2015-də Erkin seçkilərə 10 gün qalmış namizədliyini geri götürdü, çünki o zaman İlqar həbsdə idi, ona da həmin gün zəng gəlmişdi ki, sənə mane olmayacaqlar, seçiləcəksən. Adam bu sözü də həzm etmədi - namizədliyini geri götürdü.

Qısası Erkin artıq 4 dəfə (!!!) mandatdan imtina edib - amma bunun nə xeyri olub bizə, cəmiyyətə?!

9 fevral seçkiləri total qanunsuzluqla keçirlib, rəzalət yaşanıb, amma 16-cı dairədə Erkin cəmi 2100 səs yığaraq qalib olub - yəni, Erkin o səsləri halal toplayıb, o dairədə 10 dəfə də seçki olsa Erkin yenə udar. Hə, sual olur ki, nədən mane olmadılar?! Mən ona görə tarixçəni yazdım ki, ona heç vaxt mane olmaq istəməyiblər - sadəcə bu dəfə ona heç nə demədilər deyə, Erkin sonacan getdi. İstəsəydilər mane olardılarmı - təbii ki, deməli Erkini parlamentdə görmək istədilər. Amma adam öz səsi ilə seçilib.

Erkin 4-düncü dəfə mandatdan imtina etməsinin müsbət tərəfi varmı? Var, facebook əhli, "molodes, bravo, oğulsan", deyəcək, 2-3 gün Erkin qəhraman olacaq - vəssalam.

Parlamentə getməsinin xeyri nədir? Adam orda bizim sözümüz ola bilər, biz daha hər dəfə 40 min imza toplamadan onun vasitəsi ilə qanun layihələrini Məclisə təqdim edim ictimai dəstəklə o qanunları müzakirəyə çıxarda bilərik.

Erkinin köməyi ilə parlamentdə müzakirə olunan büdcə zərfimi ala bilərik, ictimai nəzarəti artıra bilərik. Bizlərdən biri həbs olunanda Erkin millıt vəkili kimi polisə, məhkəməyə gələ bilər, bu işləri Məclis tribunasına daşıya bilər. Yəni, getməyin üstünlükləri imtinanın pafosundan daha çoxdur. Məncə, Erkinə zaman tanınmalı, o da öz işi ilə bizim üzümüzü ağartmalıdı.

Daha bir detal haqqında: Atamın 73 yaşı var, həyatı boyu seçkiyə getməyib, həyatında ilk dəfə Erkin üçün müşahidəçi olmuşdu. Müşahidəçi olduğu məntəqədə komissiya üzvü axşamüstü atama yaxınlaşıb ki, ağsaqqal, seçici aktivliyi cəmi 2-3%-di, camaat gəlmir seçkiyə, əlavə bir qutu hazırlamışlq, orda hamının adına bülleten var, amma Erkin qabaqdadı, gəlin onu qoyaq əsas qutuların yanına. Sovet məhsulu olan atam da sevincək mənə zəng etdi ki, belə bir məsələ var, ilk dəfə atamın üstünə qışqırdım, dedim həmən bu işi aktlaşdırın. Elə də oldu, aktlaşdırıldı, o məntəqənin ləğvi ilə bağlı Erkin müraciət edib.

Atamın saf niyyətli, amma bizim prinsiplərdən uzaq olduğunu bilirəm, bu günə qədər üzümə vurmasa da məşğul olduğum işin onun üçün  mənasız olduğunu gözlərindən oxuyurdum. Çünki bu ölkədəki yaşlı nəslin hamısı kimi ideoloji boşluqda formalaşıb, ancaq əyri yollarla məqsədə çatmağın mümkünlüyünü görüb. O məntəqədə başqa heç nə olmayıb, ləğv də olunacaq, amma atamın bu hərəkəti - mənim davamın nədən ibarət olmadığını bilmədəyinə görə atamdan küsdüm, uzun zaman onunla görüşməyəcəm. Niyyəti saf ola bilər, amma təklifə həmən sərt reaksiya verməli idi. Onun bu hərəkətinə görə üzr istəyirəm, amma dünəndən bəri bu məsələyə görə məni linç etmək istəyən Stalinin nəvələrinə, Hitlerqafalara da aylb olsun - ancaq stanilizm və hitlerizm qohuma görə adam güllələyirdi”.

Bizimyol.info

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »