Azərkontrakt Səhmdar Cəmiyyətinin sədri, keçmiş deputat Miri Qənbərov 84 yaşında vəfat edib.
Bu barədə “Report”a onun yaxınları məlumat verib.

Qeyd edək ki, Qənbərov Miri Əhəd oğlu 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olub. 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışıb.
İkinci və üçüncü çağırış (2000-2010-cu illərdə) Milli Məclisin deputatı olub.