Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada ilk üzən azad dövlət yaranacaq - Foto

2022-ci ildə Sakit okeanda dünyada ilk üzən azad dövlət yaranacaq.

O bütün dövlətlərin qanunlarından kənar yaşayacaq və özünün Vayron adlı kriptovalyutasından istifadə edəcək.

Bizimyol.info bu barədə Daily Mail-ə istinadən xəbər verir. Yeni üzən dövlət-şəhərin planına 300 ev, otel, restoran və ofislərin tikintisi daxildir. Ada Taiti yaxınlığında, inşa ediləcək.

PayPal-ın əsasını qoymuş Piter Til tərəfindən subsidiyalaşdırılan layihənin ilkin qiymətləndirilməsi 50 milyon dollar təşkil edir və pilot proqramdır. Ada Polineziya hökumətinin tərəfdaşlığı ilə yaradılacaq. Layihənin işində akademiklər, filantroplar və sərmayədarlar iştirak edirlər.

“Üzən ada” layihəsinin araşdırmaçısı, politoloq Natali Metsanın sözlərinə görə adanın sakinləri ticari və siyasi problemlərdən uzaq olacaqlar.

“Bu ada iqlim problemlərinə görə evlərini tərk etmiş qaçqınları qəbul edə bilər. İlk adanın uğurlu fəaliyyətini görsək digər adaların da tikintisinə başlayacağıq.

Adanın tikintisinə Vayron və Seasteading Institute и Blue Frontiers qeyri kommersiya təşkilatları da investisiya ayıracaq.

Evlərin tikintisində bambuk, kokos lifləri, metal və plastik materiallardan istifadə olunacaq.

Bu ada dünyanı siyasətçilərdən azad etmək üçün tikilir və öz qanunları ilə idarə olunacaq”.- deyə o qeyd edib.

Ada tikilərkən dalğaların axın istiqaməti, külək, işqı, hətta ulduzların səmadakı yerləşmə yeri belə nəzərə alınacaqş yeni ölkə neytral sularda üzəcək.

İlk şəhər 11 ədəd düzbucaqlı və beşbucaqlı platforma üzərində tikiləcək və vətəndaşların arzusu əsasında hərəkət edəcək. Hollandiyalı mühəndislərin hesablamalarına görə, platformanın 50 uzunluğu, 50 metr hündürlüyü olmalıdır. Bir platformanın qiyməti 15 milyon dollar eədəck ki, bu da London və Nyu-Yorkda satılan torpq qiymətlərinə bərabərdir.

İlhamə Rəsulova

Üzən şəhər

Son xəbərlər
Bütün xəbərlər »