Şəmkir rayonun Ələsgərli kəndində yanğın olub.
Bizimyol.info xəbər verir ki, hadisə ilə bağlı FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Şəmkir rayonunun Ələsgərli kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Zöhrab Rüstəm oğluna məxsus, ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadiə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Yanğının kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Əhmədova Mahı Bayraməli qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın nəticəsində daha 2 nəfərdə yanıq xəsarətləri alıb.
Onlar, ev sahibi və onun övladı 2011-ci il təvəlüdlü Əhmədov Rüstəm Zöhrab oğlu, ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətləri ağır olduğundan Gəncə şəhərinə, oradan da Bakıya aparılıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.