Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elzadan yeni şeir: “Səsimi oğurladınız, benzinimi əmdiniz”

Fevralın 9-da keçirilən parlament seçkiləri bir çox məqamları ilə yadda qaldı. Qoca qvardiyanın yenidən “ön cəbhədə” yerni alması, buraxılmış parlamentin 72 üzvünün yeni məclisdə təmsil haqqı alması, qanun pozuntuları, müdaxilələr və. s.

Bunlardan biri də deputatlığa namizədliyini vermiş Əməkdar artist Elza Seyidcahanın seçki məntəqəsində döyülməsi oldu. Seçkilərdən sonra bütün ümidlərini itirmiş bəstəkart-müğənni hər zaman maraqla qarşılanan şeirlərindən birini də cəmiyyətə təqdim edib. O ədalətli seçki üçün İstanbula getməyi və Əkrəm İmamoğlunun seçilməsini örnək göstərib.Amma şairənin ifadə dili həmişəki kimi yenə qəribəliyi ilə seçilib. Bizimyol.info Elza Seyidcahanın seçkilərə həsr olunmuş şeirini təqdim edir:

Aşkım, gedəlim buralardan, gedək İstanbula

Ekrem İmamoğluna şikayət edəlim buralardan

Getmişkən İstanbula balık-ekmek yeyəlim,

Dönər, ayran içəlim, kestane partladalım.

MƏ Zahir, Mə Daxil! Fokus-Mokus!

Səslər göylərdə uçur, quşlar uçan kimi

Kimə lazım bu Məclis, kimə lazım bu artistlik?

Ax saxtakarlar, seçib qurtardınız?

Səsimi oğurladınız, benzinimi əmdiniz.

Nəfəsimi aldınız, indi vakkum, zəkkum!

Adını qoyublar Milli Məclis, siz yalançılar,

Ax saxtakarlar, seçib qurtardınız?

Durnalar salam deyir Məzahirə, Əfruza, Mahirə

Qocası satqın, cavanı satqın, müəllimi yatqın

Hamısı çapkın, yapkın, bupkın, dupkın,

Nə? Kim? Harada? Çto, Qde, Koqda?

Aman aman, bu nə erotika, bu nə kosmetika?

Ax saxtakarlar, seçib qurtardınız?

İlhamə Rəsulova

Paylaş »
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »