Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Səfirliyi seçkilərlə bağlı mövqeyini açıqladı

Rəsmi Bakı bu iddialarla razılaşmır, ancaq MSK yenə də bəzi dairələrdə araşdırma aparacağını deyir.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Səfirliyinin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə bağlı bəuanat yayıb. Bəyanatda deyilir:

"Amerika Birləşmiş Ştatları ATƏT DTİHB-nin monitorinq missiyasının 9 fevral seçkilərinin həqiqi rəqabətin qarşısını alan məhdudlaşdırıcı qanunverici və siyasi mühitdə keçdiyinə dair müşahidə və narahatlıqlarını bölüşür. Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu. Seçki günü DTİHB-nin müşahidə etdiyi ciddi prosedur pozuntuları, o cümlədən səs qutularının toplu bülletenlərlə doldurulması, qrup şəklində səsvermə, tutuşdurma prosedurlarına məhəl qoyulmaması və səslərin sayılması zamanı şəffaflığın məhdudlaşdırılması bizi məyus etdi".

Bəyanatda daha sonra deyilir ki, Azərbaycan seçki prosesindəki pozuntuları tez bir zamanda araşdıracağına söz verib: "DTİHB-nin hesabatından məlum olur ki, çox sayda qayda pozuntuları baş verib. Bunları araşdırmaq və ATƏT DTİHB-nin keçmiş və gələcək tövsiyələrini həyata keçirmək Azərbaycan üçün ATƏT-in üzv olkəsi kimi olaraq öz üzərinə götürdüyü, daha da vacibi isə, Azərbaycan xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məqsədilə vacib olacaqdır".

Milli Məclis sədrinin müavini, İnsan Hüquqları Komitəsinin sədri, ATƏT PA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə öz feysbuk səhifəsində tam əksini - seçkilərin azad və ədalətli keçirildiyini yazıb:

"Azərbaycan Respublikasının Milli Məclisinə 2020 ci il fevralın 9 na təyin edilmiş seckilər başa catdı. Artıq Vl cağırış Milli Məclisin üzvləri bəllidir.Hər zaman olduğu kimi bu dəfə də Yeni Azərbaycan Partiyası parlament coxluğunu qazandı.Coxpartiyalı əsasda və eləcədə müstəqil namizədlərdən ibarət yeni tərkib demokratik, şəffaf azad seckilərdə, vətəndaşların yüksək aktivliyi şəraitində və geniş rəqabət mühitində formalaşdı. Xalqımızın minilliklərlə mövcud olan qədim məşvərət mədəniyyətinə və 100 ildən artlq parlamentarizm ənənəsinə söykənən müasir Azərbaycan Parlamentinə kecirilən bu seckilər coxminli xarici və daxili izləyicilərin cox intensiv müşahidəsi şəraitində hamımız ücün məsuliyyətin və öz taleyinə cavabdehliyin növnəti sınağı oldu".

Bu arada Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb.

İlkin nəticələrə əsasən, bir neçə dairədə səslər tam hesablanmayıb.

Həmin dairələrin arasında Hadı Rəcəblinin iştirak etdiyi 74 saylı Lənkəran Kənd, Hüseynbala Mirələmovun iştirak etdiyi 33 saylı Xətai Birinci, Çingiz Qənizadənin iştirak etdiyi 80 saylı İmişli-Beyləqan, Fəzail Ağamalının iştirak etdiyi 60 saylı Salyan-Neftçala, Şahin İsmayılovun iştirak etdiyi 81 saylı Beyləqan, Rauf Arifoğlu və İqbal Ağazadənin mübarizə apardığı 35 saylı Xətai Üçüncü seçki dairələri də var. Sözügedən seçki dairələrində səslərlə bağlı əsaslı şübhələr yarandığı üçün nəticələr ləğv oluna bilər.

MSK sədri Məzahir Pənahov da sözügedən dairələrin nəticələri ilə bağlı araşdırma aparılması barədə fikirlər səsləndirib:

“Bir məqamı da qeyd edim. 33 Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki Dairələrindən çox ciddi müraciətlər daxil olub. Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur.

Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”.

Paylaş »
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
Son xəbərlər
Bütün xəbərlər »