Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN-i Azərbaycandakı seçkilərlə bağlı məlumat yaydı

Rusiya Xarici İşlər Nazirliyi fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı məlumat yayıb.

Məlumatda seçkiləri 77 mindən çox yerli, 883 xarici müşahidəçinin izlədiyi və seçkilərin milli qanunvericilik tələblərinə uyğun keçirildiyi qeyd olunub:

“Onların arasında, o cümlədən, Rusiyadan da müşahidəçilər var idi. MDB və ŞƏT müşahidəçilərinin rəyinə görə, seçkilər milli qanunvericilik tələblərinə uyğun keçirilib və vətəndaşların seçici hüquqlarının kobud pozulması faktı qeydə alınmayıb.

Azərbaycanlı dostlarımızı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirik. Bu seçkilər əhalinin Azərbaycan rəhbərliyinin ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəlmiş islahatlarını dəstəklədiyini nümayiş etdirir.

Güman edirik, Rusiya və Azərbaycanın ənənəvi dostluq və strateji tərəfdaşlıq ruhuna uyğun olaraq Milli Məclisin deputat heyətinin yeni tərkibi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında sıx və konstruktiv qarşılıqlı fəaliyyət davam edəcək”. (Qafqazinfo.az )

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
Son xəbərlər
Bütün xəbərlər »