Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısının deputat olduğu dairədən şikayət: “Kiçik məmurların böyük zərbəsi”

123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd olmuş vəkil Əziz Qənbərov deyir ki, Prezidentin çağırışından ruhlanaraq bu yola çıxmışdı. Amma təəssüflənir ki, Prezidentin göstərişlərinə əməl olunmadı. Ona görə də baş verənlərdən prezidentə şikayət etmək qərarına gəlib. Bu barədə “Bizimyol.info”ya da özü məlumat verib.

Cənab prezident! Sizin seçkilərin şəffaf keçirilməsi ilə bağlı verdiyiniz göstəriş mənim də namizəd olduğum 123 saylı Kəlbəcər Seçki Dairəsində kobud şəkildə pozuldu. Kəlbəcər rayonunun bəzi şəxsləri öz inzibati təsirlərindən istifadə edərək, Sizin iradənizə zidd şəkildə öz çirkin niyyətlərini reallaşdırmaq üçün hədsiz dərəcədə saxtakarlıq törətdilər”, - deyə Ə.Qənbərov məktubunda yazır.

Əziz Qənbərov Əziz Qənbərov

Onun sözlərinə sözlərinə, dediklərini təsdiqləyən sübutlar da var.  Yaxın günlərdə bütün faktları prezidentə və başqa dövlət orqanlarına göndərəcək:

“Xalqımız bu seçkilərlə bağlı ortaya qoyduğunuz siyasi iradəyə güvənərək, çağırışlarınıza hər zaman olduğu kimi müsbət yanaşıb. Lakin bu saxtakarlıqları törədən şəxslər xalqın inamını sındırmağa çalışır. Bu isə sizin son zamanlar apardığınız islahatlara kiçik məmurların böyük zərbəsidir. Biz inanırıq ki, siz bu məsələdə ciddi iradə ortaya qoyaraq saxtakarlıqların qarşısının alınması üçün ciddi göstəriş verəcəksiniz”.

Mərkəzi Seüçki Komissiyasının açıqladığı məlumata görə, 123 saylı Kəlbəcər seçki dairəsindən qalib YAP-ın namizədi Aqil Məmmədov olub. Onun 71,7 faiz səslə qələbə qazandığı bildirilir.

Aqil Məmmədov Aqil Məmmədov

A.Məmmədov Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısıdır. O, mətbuata açıqlamasında bildirmişdi ki, deputat seçilsə, vəzifəsindən gedəcək.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »