Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla bağlı metroda zarafat etdi, aləm bir-birinə dəydi - Video

Çinin Vuhan şəhərində çəkilmiş fotolardan birində küçədə yerə yıxılan adamlara başqalarının yaxınlaşmadığı görünürdü. Moskva metrosunda təxminən belə mənzərə yaranıb.

Bizimyol.info xəbər verir ki, Rusiya paytaxtında koronavirusla bağlı zarafat edən şəxs həbs olunub. Metroda çəkilən videoda gənc oğlanın yerə yıxılıb virusa yoluxma imitasiyası etdiyi görünür. Əvvəlcə iki nəfər ona kömək etmək fikrinə düşür. Yerə yıxılanın titrədiyini görəndən sonra isə vaqonu cəld tərk etməyə tələsirlər.

Ümumiyyətlə, oğlanın zarafatı hadisənin baş verdiyi “Polejayevskaya” stansiyasında qarışıqlıq yaradıb. Sözün əsl mənasında aləm bir-birinə dəyib. Sərnişinlər əvvəlcə vaqonları, sonra metronu tərk etməyə başlayıblar. Məsələyə polis müdaxilə edib. Oğlan həbs olunub. Ona xuliqanlıqla bağlı cinayət işi açılıb.

Dünyada 40 min nəfərdən çox koronavirusa yoluxmuş şəxs var. Bu virusa görə 910 nəfərin həyatını itirdiyi bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »