Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə hansı dövlətlərdən torpaq istəyir...

Macarıstanın əksər vətəndaşlarının qonşu ölkələrə torpaq iddiası var.

Bizimyol.info xəbər verir ki, “Pew Research Center”in sorğusu belə deməyə əsas verir.

Respondentlərin 67 faizi hesab edir ki, qonşu dövlətlərin torpaqlarının bir hissəsi Macarıstana məxsusdur. Fikri soruşulanların 40 faizi bu iddiaya soyuq yanaşmır.

“Pew Research Center” başqa ölkələrdə də analoji sorğu keçirib. Macarıstandan sonra Yunanıstanda qonşu dövlətlərin torpağına iddia böyükdür (60 faizi).

Siyahıda Türkiyənin adı diqqət çəkir. Qardaş ölkənin vətəndaşlarının 58 faizi hesab edir ki, qonşu dövlətlərin ərazisinin bir hissəsi onlara aiddir. Bolqarıstanda da bu faiz göstəricisi qeydə alınıb.

Rusların 53 faizinin oxşar iddiası var. Ən az belə fikrə düşənlər isə isveçlilərdir. Onların 82 faizi düşünür ki, hər hansı dövlətə qarşı iddia ədalətsizlikdir. İsveç əhalisinin yalnız 13 faizi əks düşüncədədir.

Son xəbərlər
Bütün xəbərlər »