Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanı piyada gəzən azərbaycanlı layihəsini başa çatdırdı – Video

Dünyanın diqqətini ekoloji problemlərə yönəltməyə çalışan və bu məqsədlə Avropanı piyada gəzməyə qərar verən həmyerlimiz Ağa Mehdi səfərini dayandırıb.

Bu barədə Bizimyol.info-ya o özü məlumat verib. Ağa Mehdi Estoniyanın paytaxtı Tallindən velosipedlə yola çıxaraq səfərini Lissabonda (Portuqaliya) başa vurmaq fikrindəydi, lakin Kalininqradda iqtisadi səbəbdən layihəni dayandırmalı olub.

Ağa Mehdinin məqsədi adi səyahət deyil. O, dünya ictimaiyyətinin diqqətini ekoloji problemlərə, xüsusilə qlobal istiləşməyə çəkmək istəyir. Jurnalist və dental marketing üzrə mütəxəssis Ağa Mehdi bu günəcən düynanın 30 ölkəsində 50-dən çox şəhərə səyahət edib.Onun növbəti istəyi 10 Avropa ölkəsini piyada gəzmək idi.

Səyahət proqramına Estoniya-Latviya-Litva-Polşa-Almaniya-Hollandiya-Belçika-Fransa-İspaniya-Potuqaliya daxil idi. Bu isə 4000 kilometr yolu piyada getmək demək idi.

“2019-ci ilin noyabr ayında başlayan səfər 2020-ci ilin fevralında Lissabona 900 kilometr qalmış başa çatıb.

Azərbaycanlı səyyah sosial şəbəkə hesablarında səfəri barədə ətraflı məlumat paylaşıb, şəkillər, videolar yerləşdirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »