Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəzaçəkmə müəssisəsində məhkum ölüb

Bakıda cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib.

Hadisə Penitensiar Xidmətin Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan məhkum, 1973-cü il təvəllüdlü Şahverdiyev Rəhman Sərdar oğlu bu gün həbsxanada ürək çatışmazlığından ölüb.

Qeyd edək ki, R. Şahverdiyev 2017 narkotik maddələrin qanusuz dövriyyəsində təqsirli bilinərək 7 il müddətində azadlıqdan məhrum edilib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »