Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim yeni doğulmuş körpənin üzünü kəsib

Cərrah keysəriyyə əməliyyatı zamanı körpənin üzünü kəsib.

Hadisə Rusiyanın Kiştım əyalət xəstəxanasında olub. 19 yaşlı ana Darya Kadoçnikova doğuş sancıları ilə həkimə gəlsə də, döıün bətndə çətin yerləşməsini bəhanə gətirərək əməliyyat qərarı veriblər.

Əməliyyatda venadaxili narkoz alan ana doğulan uşağı həmin an görə bilməyib. Yalnız palatada körpəsi gətirilən zaman onun yanağında dərin kəsik çapıq görür. Dəhşətə gələn anaya cərrah etinasızcasına “belə şeylər olur, uşaq çox hərəkət edirdi, sakit durmadı” deyərə cavab verib.

Həyəcandan halı xarab olan ananın qızdırması qalxıb. Qızının üzündə belə dərin kəsiyin gələcəkdə eybəcər iz qoyacağına görə ana hüququn tələb etdiyi çərçivədə həkimi cəzalandırmaq istəyir.

Bildirilir ki, üzündə yara olduğu üçün körpədə də qızdırma baş verib və ona yara infeksiyasına qarşı antibiotik verilib.(metbuat.az)

Son xəbərlər
Bütün xəbərlər »