Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Umayra Tağıyeva: "Külək qarın Bakıya yağmasını əngəlləyib"

"Bu günlərdə ilk dəfə nəhayət ki, qış özünü göstərdi. Demək olar ki, bütün ölkə bəzi yerlərdə qalınlığı yarım metrə qədər çatan ağ örpəyə büründü. Yüksək dağlıq ərazilərdə havanın temperaturu mənfi 24 dərəcəyədək endi. Hətta Abşeronda son illər nadir hadisə olan 2 dərəcə şaxta qeydə alındı".

Bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, saniyədə 35-38 müetrədək şiddətlənən külək böyük sürətlə buludları Abşeron üzərindən qovaraq, yaxın rayonlarda müşahidə olunan yaxşı qarın Bakıya yağmasını əngəlləyib: "Bu gün axşamadək arabir saniyədə 30 metrədək əsən güclü külək davam edəcək , gecəyə doğru külək tədricən səngiyəcək. Fevralın 11-də güclü küləyin gündüz cənub-qərb küləyi ilə əvəz olunması temperaturun 6 dərəcəyədək yüksəlməsinə səbəb olacaq. Əksər rayonlarda qar yağması kəsilsə də, fevralın 11-i gündüzədək bəzi cənub rayonlarında proses davam edəcək. Abşeron yarımadasının əsasən cənub-şərq hissəsində də axşam və gecə saatlarında az qar yağacağı ehtimalı var.”(apa)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Navalnı Moskvada saxlanıldı
››› İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub
Son xəbərlər
Bütün xəbərlər »