Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nissan”ın Yaponiyadakı zavodu bağlanır

Yaponiyanın cənub-qərbindəki Fukuoka əyalətində “Nissan Motor” şirkətinə məxsus müəssisə fəaliyyətini dayandırır.

“Nikkei” xəbər verir ki, bunun səbəbi yeni koronavirusun qarşısını almaq üçün müvafiq tədbirlər görüldüyü Çindən zəruri hissələrin tədarükünün kəsilməsidir.

Belə ki, müəssisədəki iki xətt fevralın 4-dən, ixrac üçün avtomobillər yığılan daha bir xətt isə ayın 17-dən işləməyəcək.

Qeyd edək ki, sözügedən müəssisədə ildə 400 min avtomobil buraxılır.(report)

Son xəbərlər
Bütün xəbərlər »