Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla bağlı qorxunc statistika – Tezliklə pik həddə çatacaq
Çin Koronavirus

London Gigiyena və Tropik Xəstəliklər Tibb Kollecinin İnfeksiya xəstəliklərinin riyazi modeelləşdirilmə Mərkəzinin alimləri koronavirusla bağlı riyazi hesablamalar aparıblar və xəstəliyin nə zaman pik həddə çatacağı, nə zaman səngiyəcəyi barədə ilkin fikir deyə biləcəklərini iddia edirlər.

Bizimyol.info xəbər verir ki, alimlərin fikrinə görə, 2019-nCoV virusuna yoluxanların sayı əslində məlum olan saydan 10 dəfə çox ola bilər.

Mərkəzin əməkdaşları koronavirusun yayılma sürətini qiymətləndirmək üçün riyazı model yaradıblar. İnkibasiya dövrü (5,2 gün), simptomlardan sonra qospitalizasiya (2,9 gün), diaqnozun qoyulmasına qədər olan dövr (6,1 gün), gündəlik xəstəliyə yoluxma sayı (3300 nəfər) və yoluxma riski olanların sayı 11 milyon (Uhan şəhərində) nəzərdə tutulmaqla virusun fevral ayının sonunda pik həddə çatacağı, daha sonra azalma dövrünün yaşanacağı düşünülür.Alimlərin fikrinə görə, hər 20 Uhan sakinindən biri xəstəliyə yoluxacaq ki, bu da 500 000 insan deməkdir. 10 milyonluq əhalinin 5 faizinin yoluxma riski daşıdığı qeyd olunub. Rəsmi məlumatlara görə, fevralın 9-da virusa yoluxanların ümumi sayı bütün dünyada 40 561 nəfər təşkil edir.

Bu say dəfələrlə arta bilər, çünki ilk simtomlara qədər də yoluxmuş olanlar var, xəstəliyi dərhal təyin edən test isə hələlik yoxdur.

ÜST-ün məlumatına görə, xəstəliyə yoluxanların 82 faizi yüngül, 15 faizi ağır, 3 faizi kritik səviyyədə keçirir. Bu statistika ilk 17000 yoluxma hadisəsinə əsasən aparılıb. ÜST həkimləri son günlər Hubey əyalətində yoluxma sayının stabilləşdiyini, hətta azaldığını deyirlər. Hazırda bütün dünyada koronavirusa yoluxanların sayı 40561 nəfərdir ki, onların 40185 nəfəri Çində qeydə alınıb, 910 nəfər ölb, 3400 nəfər sağalıb.

İlhamə Rəsulova

Paylaş »
››› Etirazçılara zor tətbiq edən polislərə qarşı cinayət işi açıldı
››› Amerikalı professordan Paşinyana sərt cavab
››› “Fəzail Ağamalı hakimiyyəti təhdid edir”- deputatlığa namizəd
››› Münhen debatı karikaturalarda - Fotolar
››› Azərbaycana idxal edilən tütün məmulatları ilə bağlı yeni qərar
Son xəbərlər
Bütün xəbərlər »