Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erkin Qədirli: “Mandatdan imtina etmək fikrində deyiləm”

“16 saylı Yasamal II Seçki Dairəsində seçki çox səliqəli keçib. Bütün məntəqələri gəzdik. Ümumən dairədə seçki yaxşı keçdi, inzibati müdaxilə demək olar baş vermədi, karusel olmadı. Lakin 5 məntəqədə bir sıra problemlər çıxdı, bununla bağlı rəsmi şikayət edəcəyik”.

Bunu 16 saylı Yasamal birinci Seçki Dairəsindən deputatlığa namizəd Erkin Qədirli bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, 29 məntəqədən 4-də uduzduğunu bildirib: “4 məntəqədə rəsmi olaraq uduzmuşam. Lakin onu qeyd edim ki, bəzi məntəqələrdə seçici fəallığı ilə bağlı real vəziyyətlə MSK-nın göstərdiyi rəqəmlər arasında fərqlər var. Bəzi məntəqələrlə bağlı şikayət verəcəyik. Hətta mən qalib gəldiyim məntəqələrlə bağlı da seçici fəallığı məsələsindəki fərqlərə görə şikayət veriləcək. Lakin bu məntəqələrin nəticəsi ləğv olunsa belə, mən yenə qalibəm”.

E. Qədirli parlamentə getməkdən imtina edə biləcəyi barədə suala cavabında isə deyib ki, indiyədək çox vəzifədən, çox təklifdən imtina edib, lakin mandatdan imtina etmək niyyətində deyil: "Bu məsələni dostlarımla - İlqar Məmmədov, Natiq Cəfərli, Rəsul Cəfərovla da müzakirə etmişik. Halal qələbə qazanmışam, mandatdan imtina etmək fikrində deyiləm. Seçicilərə və müşahidəçilərimə təşəkkür edirəm". (apa)

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »