Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kasıb təbəqə öz səsini 5-10 manata satdı” - Açıqlama

Xəbər verdiyimiz kimi MSK seçki nəticələrini açıqladı. Namizədliyini irəli sürənlər arasında xalqla ən sıx təmasda olan v ə seçilməsinə ümid yaradan namizədlərdən biri də müxalifətçi REAL partiyasının həmtəsisçisi Natiq Cəfərli idi. Lakin Natiq Cəfərli bu seçkilərdə 26 yaşlı xanım namizədə uduzdu.

Məsələ ilə bağlı Bizimyol.info-ya məlumat Natiq Cəfərli MSK-ya şikayət edəcəyini qeyd edib. Bu gün seçkilər barədə açıqlama verən REAL-çı məğlubiyyətinin səbəbləri barədə danışıb.

Natiq Cəfərov Natiq Cəfərov

“Camaat seçkiyə gəlmədi, ona görə yox ki, boykotçulara qulaq asdılar, sadəcə ona görə ki, hökumət inzibati resurs və pulla bəzi adamları seçkiyə gətirib istədiyi namizədə səs verdirdi - bu klassik karusel deyildi (mənim dairəmdə), bu öz səsini 5-10 manata satan, ya da büdcədən aldığı qəpik-quruş üçün səsini satan kasib təbəqə idi. Ona görə həmişə demişəm ki, rifah halı yüksək olmayan ölkədə normal siyasi sistem qurmaq olmaz, bu mümkün deyil”,- deyən Natiq Cəfərli əlavə edib.

“Minlərlə insana toxunduq, amma onları tərpədə bilmədik. Millətin böyük bir hissəsi öz gələcəyinə biganə, inamsız və ümidsizdir, bu isə ölkənin gələcəyini xaosa aparacaq.

Xalqı formalaşdırmaq üçün ciddi maarifçiliyə və insanların rifah halının yüksəldilməsinə ehtiyac var. İşimiz ağır və çətindir, dünənki rəzalətə sistemin hər iki üzündən olanlar sevindilər. Bu o deməkdir ki, xaos davam edəcək”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »