Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubad İbadoğlunun müşahidəçi qızına zor tətbiq edilib - Foto

İqtisadçı alim Qubad İbadoğlunun qızı Jalə Bayramovaya zor tətbiq edilib və o fiziki təzyiqlərə məruz qalıb.

Bu barədə Bizimyol.info-ya iqtisadçı özü məlumat verib. Onun sözlərinə görə Jalə Bayramova 76 saylı Dairə Seçki Komissiyasının (DSK) Lənkəran rayonu Şürük kənd mədəniyyət evində yerləşən 16-cı məntəqəsində məşvərətçi qismində iştirak edib.

Jalə Bayramova - Qubad İbadoğlunun qızı Jalə Bayramova

“Qızım Bayramova Jalə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.9-cu maddəsində nəzərdə tutulmuş hüquqlarını yerinə yetirərkən fiziki təzyiqlərə məruz qalıb və məntəqədən zor tətbiq edilməklə uzaqlaşdırılıb.

Bununla əlaqədar olaraq, Jalə Bayramova zərərçəkən qismində yerli polis şöbəsinə müraciət etsə də hələ də zəruri tədbirlər görülməyib”,- deyə o qeyd edib.

Odur ki Qubad İbadoğlu qızının məruz qaldığə şiddətə görə araşdırılma aparılmasını tələb edir. O məsələylə əlaqədar Prezident Administrasiyasına, DİN-ə və MSK-ya rəsmi müraciət etdiyini qeyd edib.Bundan əlavə itisadçının qızı Jalə Bayramova ba verən hadisələrə baxmayaraq geri çəkilmək istəmir və məşvərətçi səs hüququ ilə fəaliyyətini sonadək davam etdirmək istədiyini bəyan edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »