Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizəd olan Elza Seyidcahanı döydülər – Video
Elza Seyidcahan

54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni Elza Seyidcan döyülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə müğənni öz sosial şəbəkə hesabında məlumat verib. 13 saylı seçki məntəqəsində - Şabran rayon Dəvəçi kənd Mədəniyyət evinin binasından ağlayaraq canlı yayım edən müğənni seçki məntəqəsində döyüldüyünü, və ona rəqib olan YAP-çı namizədin adına saxta bülletenlər hazırlandığını söyləyib.

“Şabran rayon Dəvəçi kənd Mədəniyyət evinin binasında, Məhərrəm Şakir, Məhərrəm Mehriban Nuru qızının müşahidəçi olduğu məntəqədə əlbəyaxa dava oldu.

Bizə təhqiredici təzyiqlər göstərdilər. Kaş bu yolu gəlməzdim. Biz sənətkar kimi xalqa lazımıq. Bülletenlərdə Qurbanov Sadiqin adı yazılıb. Yeni Azərbaycan Partiyasının adına ləkədir. Partiyanın fəxri üzvüyəm. Amma məni düşmən kimi qarşıladılar. Nə qədər saxta bülletenlər atdılar. Qorxumdan qaçıb gəldim qərargahıma. Bacım Mehriban qadının alt paltarından tapıb bunları. Bir kişi bacımın üstünə atıldı ki, onu döysün. Onun əlindən kağızları alıb qaçdım. Mənə Əməkdar artist, bəstəkar kimi belə hörmət etmədilər. Sadiq Qurbanov deyir ki, millət vəkiliyəm, pulumu da vermişəm”,- deyə o bildirb.

Elza Seyidcahan problemin araşdırılması üçün MSK sədri Məzahir Pənahova müraciət edib.

Bizimyol.info

Paylaş »
››› Toyuq ətində koronavirus aşkarlandı
››› Həkimlər sərt karantin rejiminin yumşaldılmasına çağırış etdilər
››› TƏBİB gələn həftədən əhali arasında koronavirusla bağlı seroloji testlərə başlayır
››› Rusiya qonşusu ilə təyyarə reyslərini bərpa edir: Azərbaycana növbə çatmayıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »