MSK 9 Fevral seçkilərinin ilkin nəticələrini açıqladı. Bizimyol.info xəbər verir ki, seçilən adlar arasında sürprizlərə də rast gəlinir.
Məsələn 12 saylı Binəqədi-Yasamal-Qaradağ seçki dairəsində mübarizə aparan REAL partiyasının həmtəsisçisi Natiq Cəfərlinin seçilməsinə böyük ümidlər var idi. Lakin onu 26 yaşlı bir xanım qabaqlayıb və dairənin deputatı olmaq şansı qazanıb. Həmin xanım Səbinə Xasıyevadır.
Natiq Cəfəli Bizimyol.info-ya bildirib ki, bu məsələ hələ davam edir, şikayət veriləcək. “Yola davam edirik, üzülmürük. Xalq olmasa, seçki də olmayacaq”,- deyə o bildirib.
İlhamə Rəsulova