Nəsimi rayonunda külək binanın dam örtüyünü qoparıb.
Bizimyol.info xəbər verir ki, FHN-in mətbuat xidmətinin verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonunda binanın dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.