Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MSK 7 seçki dairəsindəki narazılığı araşdıracaq

“Cəmiyyətdə yeniliklərə tələb var.Fəaliyyətİmizi bu tələbə uyğun qurmağa çalışırıq”

Bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

“Bir məqamı da qeyd edim. 33 Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki Dairələrindən çox ciddi müraciətlər daxil olub. Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur. Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”.

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin nəticələrə əsasən, sözügedən dairələrdən Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə, Fəzail Ağamalı, Şahin İsmayılov, Rauf Arifoğlu deputat seçilib. (metbuat.az)

Son xəbərlər
Bütün xəbərlər »