Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kriştianu Ronaldonun rekordu qırılıb

İspaniya La Liqasının XXIII turu “Real”ın tarixinə yeni rekordçunun düşməsi ilə əlamətdar olub.

“Osasuna” üzərində 4:1 hesablı səfər qələbəsinə məhsuldar ötürmə ilə töhfə verən Kərim Benzema Madrid təmsilçisinin heyətində 132-ci assistini rəsmiləşdirib.

2009-cu ildə “Lion”dan transfer olunan fransalı bu göstəricidə klub tarixinin rekordunu yeniləyib. O, Kriştianu Ronaldonu (131) arxada qoyub.

Bu qələbə Zinəddin Zidanın La Liqada “Real”la 88-ci uğuru olub. 2016-18-ci illərdə çalışdığı komandaya ötən ilin əvvəlində qayıdan mütəxəssis bu göstəricidə portuqaliyalı Joze Mourinyonu (87) keçib.

Qələbədə qolla pay sahibi olan Serxio Ramos isə “Real”ın heyətində 90-cı qolunu vurub. 2004-cü ildə “Sevilya”da oynadığı vaxt qol hesabını açan müdafiəçi son 17 təqvim ilində qol sevinci yaşayan yeganə futbolçudur.(apa)

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Fevralın 25-nə olan hava proqnozu
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »