Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Güclü külək ağacları kökündən qoparıb
Güclü külək paytaxtın bəzi rayonlarında ağaclara ziyan vurub.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Bakının bəzi rayonlarında altı ağac kökündən çıxıb: "Bakının bir neçə rayonu ərazisində 6 ağacın kökündən qopması ilə bağlı məlumat daxil olub. Onlardan bəziləri bərpa olunub. Bərpa olunduqdan sonra inkişafını davam etdirə bilməyəcək vəziyyətdə olan ağaclar isə kəsilərək ərazidən götürülüb.

Bundan başqa küləyin təsirindən paytaxtın 20-yə yaxın ərazisində ağacların budaqları sınıb, əyilərək qəzalı vəziyyətə düşüb. Həmin ağacların qəzasını aradan qaldırmaq üçün müvafiq tədbirlər aparılır.

Külək paytaxt ərazisində çox ciddi fəsadlar yaratmayıb. Xoşbəxtlikdən xəsarət alanlar olmayıb. Birliyin bütün şəxsi heyəti Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlığına əsasən, gücləndirilmiş iş rejimində çalışır. Küləyin sürəti azalana qədər əməkdaşlarımız gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Əməkdaşlarımız tərəfindən şəhərin yaşıllıqları tam nəzarət altındadır”. (trend)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› Baydenin andiçməsindən maraqlı anlar: Klintonun yatması, Senatorun əlcəkləri - Video
Son xəbərlər
Bütün xəbərlər »