Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadə və Rauf Arifoğlunun dairəsi ilə bağlı məlumat açıqlandı

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə 7 seçki dairəsində lider namizədlər müəyyənləşməyib.

Bu barədə məlumatı bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıqlayıb. Onun sözlərinə görə, həmin seçki dairələri üzrə öndə gələn namizədlər yaxın saatlarda açıqlanacaq.

Məzahir Pənahov Məzahir Pənahov

Beləliklə, hələlik aşağıdakı seçki dairələri üzrə qalib namizədlər müəyyənləşməyib:

- 17 saylı Yasamal Üçüncü Seçki Dairəsi

- 35 saylı Xətai Üçüncü Seçki Dairəsi

- 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi

- 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi

- 77 saylı Astara Seçki Dairəsi

- 123 saylı Kəlbəcər Seçki Dairəsi

- 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi

Xatırladaq ki, İqbal Ağazadə və Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki Dairəsində mübarizə aparırdılar. Bu dairə mübarizənin gərginliyi ilə diqqəti cəlb edirdi. Müxalifətin əvvəlcədən açıqladığı "deputat siyahısı"nda Rauf Arifoğlunun adı gələcək deputat kimi göstərilmişdi və seçki nəticələrinin onun xeyrinə saxtalaşdırılacağı iddia olunmuşdu.

İmran Hüseynəliyev İmran Hüseynəliyev

Qeyd edək ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi seçki komissiyasının sədri İmran Hüseynəliyev bir müddət əvvəl tutduğu vəzifədən istefa vermişdi. O öz istefasını səhhəti ilə izah etmişdi. Bəzi mənbələr iddia etmişdilər ki, İmran Hüseynəliyev Rauf Arifoğlunun xeyrinə saxtalakarlıq etmək etmək istəmədiyinə görə istefa verib.

İlkin hesablamalardan sonra Rauf Arifoğlunun deputat seçildiyi görünsə də, MSK bu dairə üzrə saxtalaşdırma halları ilə bağlı daxil olmuş şikayətlərin araşdırılacağını bildirib. Ehtimal olunur ki, dairə üzrə seçki nəticələri ləğv ediləcək.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »