Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə təbii fəlakət xəbərdarlığı

Bu gündən etibarən fevralın 14-dək Türkiyənin Trabzon, Ərzurum, Ərzincan, Ağrı, İğdır və Ərdahan vilayətlərində əlverişsiz hava şəraiti ilə əlaqədar qar uçqunu ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə “Hürriyet” xəbər yayıb.

Məlumata görə, Rizə və Qars vilayətlərində isə “sarı” səviyyəli xəbərdarlıq elan olunub.

Bununla bağlı olaraq əhaliyə yüksəkliklərə, yaylaqlara və obalara gedilməməsi, məcbur qalmadıqca yola çıxılmaması, çox vacib hallarda isə ictimai nəqliyyata üstünlük verilməsi, yaxud mütləq qış təkərləri olan maşınlarla yola çıxılması kimi tövsiyələr verilib, vətəndaşların diqqətli və tədbirli olmalarına çağırışlar edilib.

Xatırladaq ki, ötən həftə Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində qar uçqunu baş vermişdi. Hadisə nəticəsində 33 nəfər həlak olmuş, 50-dən çox insan yaralanmışdı. (Oxu.az)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »