Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hələ də “Oskar”ı olmayan 10 məşhur aktyor - Fotolar

Dünya kinosunun elə ulduzları var ki, karyerası ərzində layiq olduğu mükafatı ala bilməyib.

Bizimyol.info sizə hələ də “Oskar”ı olmayan 10 məşhur aktyoru təqdim edir.

Benedikt Kamberbetç – İngilis aktyor “12 illik əsarət” (12 years a slave) filmində çəkilib. Ümumiyyətlə, Kamberbetçin son illər yaratdığı obrazlar çox sevilir. Amma o, təkcə BAFTA mükafatı ilə təsəlli tapa bilər.

Benedikt Kamberbetç Benedikt Kamberbetç

Monika Belluççi – Monikanın təqdimata ehtiyacı yoxdur. “Malena” filminə baxmayan qalmayıb. Nəinki “Oskar”ı, ümumiyyətlə, normal mükafatı yoxdur.

Monika Belluççi Monika Belluççi

Robert Dauni – Kiçik Dauni çoxdan Amerika Kino Akademiyasının mükafatını qazanmalıydı. Hələ 1993-cü ildə “Çaplin” filmindəki roluna görə uğura çox yaxınlaşmışdı.

Robert Dauni Robert Dauni

Helena Bonem Karter – Əlbəttə, o, Monika Belluççi qədər məşhur deyil. Amma xeyli filmlərdə yer alıb. Özü də məşhur filmlərdə.

Helena Bonem Karter Helena Bonem Karter

Conni Depp – Üç dəfə “Oskar” almaq şansı olub. Nədənsə son mərhələdə onu seçmirlər.

Conni Depp Conni Depp

Kira Naytli – Kiranın “Oskar” almamasını heç cür həzm etmək olmur. Təkcə “Hersoqinya” filmindəki möhtəşəm işə görə Naytliyə mükafat verilməliydi.

Kira Naytli Kira Naytli

Tom Kruz – “İyulun 4-də doğulanlar” filmində Kruz o qədər gözəl oynamışdı ki, sonradan mükafatsız qaldığına inanmaq olmur. Son illər bir o qədər parlaq obrazlar yaratmır.

Tom Kruz Tom Kruz

Şeron Stoun – “Əsas instinkt” filmi ilə məşhurlamışdı. Hərçənd, ən gözəl rolunu “Kazino”da oynayıb. 61 yaşı var. Çox ümid edirik ki, Amerika Kino Akademiyası onun qabiliyyətini nə vaxtsa qiymətləndirəcək.

Şeron Stoun Şeron Stoun

Cozef Qordan-Levitt – Açığı, “Oskar” almaq şansı həmişə aşağı qiymətləndirilib. Nədənsə onu heç nominantların sırasına da salmırlar.

Cozef Qordan-Levitt Cozef Qordan-Levitt

Kemeron Diaz – Çox mükafatları var. Amma “Oskar”a yaxın buraxmırlar. Bəlkə də, daha çox komediyalarda çəkildiyinə görə. Çünki Çarli Çaplindən sonra komediya ustalarına çox şans verilmir.

Kemeron Diaz Kemeron Diaz
Son xəbərlər
Bütün xəbərlər »