Xarici İşlər naziri Elmar Məmmədyarov Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirak etmək məqsədilə Vyana şəhərinə yola düşüb.
Bu barədə Bizimyol.info-ya XİN-in mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun beynəlxalq təşkilatların rəhbərləri və konfransda iştirak edən dövlətlərin xarici işlər nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.