Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səsvermə başa çatdı

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar keçirilən səsvermə yekunlaşıb.

Saat 08:00-da start verilən səsvermə prosesi saat 19:00-da başa çatıb.

Qeyd edək ki, parlament seçkiləri 125 dairəni əhatə edir və səsvermə 5573 məntəqədə aparılıb. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.

Bu seçkidə 5 milyon 329 min 460 nəfərə seçkilərdə səsvermə hüququndan istifadə etmək hüququ verilib.

Parlament seçkilərində iştirak edən namizədlərin sayı 1314 nəfərdir. Onlardan 246-sı siyasi partiyaların siyahıları ilə irəli sürülüb. Eyni zamanda namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.

Seçkini 77 790 yerli müşahidəçi izləyib. Onlardan 35 152-si siyasi partiyaların müşahidəçiləridir. Bundan başqa, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, onlar 58 ölkə vətəndaşlarıdır. Prosesi 130-dan artıq beynəlxalq KİV təmsilçisi işıqlandırıb.

Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc.” təşkilatı ilə birgə, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə və RƏY Monitorinq Mərkəzi “exit poll” keçirib. (Report.az)

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »