Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran tarixinin ən böyük kiberhücumuna məruz qalıb

İranda interneti sıradan çıxarmaq üçün təşkil olunmuş kiberhücum dəf edilib.

Bu barədə qonşu ölkənin informasiya və kommunikasiya texnologiyaları (İKT) nazirinin müavini Həmid Fəttahi məlumat verib.

“İran tarixinin ən böyük kiberhücumuna məriz qalıb, muzdlu hakerlər infrastrukturumuza qarşı irimiqyaslı hücum həyata keçiriblər”, - deyə o qeyd edib.

Nazir müavini kiberhücumun mütəşəkkil olduğunu da deyib: "Bu hücum davam edir, indi ikinci dalğası başladı. Ümidvarıq ki, ona da eyni şəkildə cavab verə biləcəyik”.

“Report” xatırladır ki, ötən gün də günortaya yaxın həyata keçirildiyi bildirilən hücum nəticəsində ölkənin bəzi internet provayderlərinin fəaliyətində bir saata yaxın fasilə yaranmışdı.

İran vaxtaşırı kiberhücumlara məruz qalır. Son dəfə hökumət ötən ilin dekabr ayında irimiqyaslı kiberhücum olduğunu açıqlamışdı. İKT naziri Məhəmməd Cavad Azəri Cəhromi də daha əvvəl milyonlarla dəf etdikləri hücum olduğunu bildirmişdi. Digər tərəfdən başqa ölkələr də iranlı hakerlərin hücumlarına məruz qaldıqlarını bildirirlər.

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Açıq-gizli Şuşa mesajları
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
››› Makron Ərdoğana türkcə başlayan məktub göndərdi
Son xəbərlər
Bütün xəbərlər »