120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsinin 24 saylı seçki məntəqəsində saxtakarlığa yol verilib.
Bizimyol.info xəbər verir ki, seçici siyahısında adını tapmayan 3 vətəndaş komissiya sədrinə müraciət edib və məlum olub ki, onların yerinə başqaları səs verib.
Adlarının artıq səs vermiş seçicilər siyahısında olduğunu görən hər 3 seçici narazılığını bildirib, məsələylə bağlı akt tərtib olunub.