Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalmaqallı seçki dairəsinin müşahidəçilərini polis saxlayıb - Video

125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən prosesləri bu dairədən deputatlığa namizəd Anar Əsədli ictimailəşdirib.

Bizimyol.info xəbər verir ki, deputatlığa namizəd bildirib ki, onun müşahidəçiləri Səddam Orucov və Ceyhun Bəhramov polis tərəfindən saxlanılıb.

“125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 38 saylı məntəqəsində topa bülleten atan seçicilərə etiraz edən müşahidəçilərimizə fiziki güc tətbiq edilib”,-deyə A.Əsədli bildirib.

O, qeyd edib ki, 38 saylı məntəqədə Anar Əsədli və digər deputatlığa namizədlərin müşahidəçi qrupu polis maşınına doldurularaq naməlum istiqamətə aparılıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirib. O qeyd edib ki, paylaşılan məlumatlarla bağlı əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək.

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »