Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
120 saylı seçki dairəsində qanun pozuntuları qeydə alınıb - Fotolar, Video

2019-cu il 9 fevral tarixində keçirilən parlament seçkilərində qanun pozuntuları qeydə alınıb.

Bizimyol.info-ya verilən məlumata görə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 52 saylı məntəqəsində seçki komissiyasının sədri çəkilişə icazə verməyib. Səsverməyə adı siyahıda olmayan şəxslər cəlb olunub.

13 saylı məntəqədə çəkilişə icazə verilməyib. Çəkiliş üçün MSK-nın xüsusi sənədi tələb olunub.

16 saylı seçki məntəqəsində istifadə olunmamış bülleteenlərin kənarları kəsilib.

120 saylı seçki dairəsində qanun pozuntuları qeydə alınıb

59 saylı məntəqədə3 dəfə seçicilərin kabinetə cüt- cüt daxil olması müşahidə olunub.

120 saylı seçki dairəsində qanun pozuntuları qeydə alınıb

12 saylı məntəqədə 28 nəfər qeydiyyatda olan şəxs barəsində akt tərtib olunub. Məntəqə sədri onları adlarının siyahıya daxil edilərək müşahidəçilərə təqdim olunacağını bildirib.

51 saylı seçki dairəsində nəfər şəxs iki dəfə səs verməyə cəhd edib. Hadisə barəsində akt tərtib olunub.

53 saylı məntəqədə eyni anda bir-neçə nəfər səsvermə kabinetinə daxil olub.

52 saylı məntəqədə 1 nəfər 4 bülleten alıb. Qeydiyyat aparılan saata qədər 90 nəfər səs verdiyi halda seçici sayının 108 nəfər olması barədə qeyd gedib.

68 saylı məntəqədə “Karusel əməliyyatı” baş verir, belə ki ilk saatlarda seçici aktivliyi 9-15 arasında göstərilsə də, 11:00-12:00-a arasında 70 nəfər olub.

11 saylı məntəqədə 2 nəfər eyni anda səsvermə kabinetinə daxil olub.

51 saylı məntəqədə Seçicilər kütləvi olaraq seçki zalına daxil edilib və müşahidə prosesini lazımi qaydada aparmaq olmayıb.

70 saylı məntəqədə işıqlar sönüb.

6,74.76 saylı məntəqələrdə çəkilişə icazə verilməyib.

28 saylı məntəqədə seçicilər səsvermək üçün topa şəkildə qəbul edilib.

Seçki məntəqəsindəki müşahidəçilər baş verən qanun pozuntularının qarşısının alınmasında fəal iştirak edirlər. Hazırda prosses davam edir.

120 saylı seçki dairəsində qanun pozuntuları qeydə alınıb

Son xəbərlər
Bütün xəbərlər »