Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bülletenləri tələb edən deputatlığa namizəddən şikayət olunub - Video

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Yadigr Sadıqlı seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia edib.

Bizimyol.info xəbər verir ki, deputatlığa namizəd seçki məntəqələrində gedərək müşahidə etdiyi qanun pozuntularını sosial şəbəkə vasitəsilə ictimailəşdirib.

Yadigar Cəfərli bildirib ki, qanuna əsasən bülletenlər müşhaidəçilərin görə biləcəyi yerə qoyulmalı olsa da, bülletenlər seçki məntəqəsinin sədrinin otağında saxlanılır: “Bir məntəqə sədrindən bülletenləri stola qoymasını istədim, mənə akt yazdı. 4 saylı məntəqədən bülletenlərin masanın üzərinə qoyulmasını tələb edəndə, hansı partiyadan olduğumu soruşdu. Digər məntəqə sədri isə mənə “qanun pozuntusu varsa, şikayət edərsən” dedi”.

Deputatlığa namizədin sözlərinə görə, 5 və 7 saylı məntəqələrdə heç bir səbəb olmadan akt tərtib edib onun təmsil edən müşahidəçini məntəqədən çıxarıblar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »