Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Amerika əsgərlərini otellərdə də izləyirik...” – İranlı general

Fars körfəzində dislokasiya olunmuş bütün Amerika qoşunları İranın daimi müşahidəsi və nəzarəti altındadır.

Bizimyol.info Virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla İranın konstitusiyaya riayət edilməsinə nəzarət Şurasının (Ali dini lider yanında məşvərətçi orqan) katibi, general Möhsün Rezayi “Fars” agentliyinə müsahibəsində çıxış edib.

Möhsün Rezayi Möhsün Rezayi

“ABŞ-ın bu regiondakı bütün bazaları bizim müşahidəmiz altındadır, o cümlədən ABŞ təyyarədaşıyanları. Və biz bilirik ki, ABŞ-ın burada nə qədər gəmisi var və onlar konkret olaraq haradadırlar”,-o deyib.

Rezayi qeyd edib ki, İranın ABŞ hərbçilərinin koordinatları barədə informasiyaları “çox dəqiqdir”.

“Hətta Amerika əsgərləri Küveyt və ya Bəhreyndə otellərə baş çəkəndə də biz onları izləyirik”,-o bildirib. Rezayi əlavə edib ki, İran İraqdakı Ayn-əl-Əsəd aviabazasına raket zərbələri endirərəkən “dəqiq hesablamalar aparmışdı” və orada nələrin olduğuna dair “tam informasiyaya” malik idi.

Xatırladaq ki, yanvarın 8-də İran general Qasım Süleymaninin öldürülməsinin qısası olaraq İraqdakı Amerika aviabazasına raket zərbələri endirib. Onlarla amerikalı hərbçi partlayış dalğasının nəticəsində xəsarətlər alıb.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »