Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
“Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda  seminar keçirilib

Fevralın 8-də Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib. Seminarda Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin sədri Prof.Dr.Ayhan Kuzu, Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov kolorektal cərrahiyyə sahəsində tibbin müasir yenilikləri haqqında təqdimatlarla çıxış edib və auditoriyanı maraqlandıran sualları cavablandırıblar.

Bizimyol.info xəbər verir ki, Avropa Koloproktoloji Dərnəyinin Azərbaycan üzrə milli təmsilçisi, Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyinin elmi katibi və Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyevanın moderatorluğu ilə keçirilən seminarın açılış mərasimində Mərkəzi Gömrük Hospitalın rəisi Elman Məmmədov, Azərbaycan Kolon Rektum Cərrahi Dərnəyinin sədri Xaləddin Musayev və Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin sədri Ayhan Kuzu dünyada və ölkəmizdə kolorektal cərrahiyyənin vəziyyəti, tibbin müasir yenilikləri haqqında məlumat veriblər.

Açılışdan sonra Mərkəzi Gömrük Hospitalının 10 illik faliyyətinə dair “Mərkəzi Gömrük Hospitalı 10 il” videoçarxı nümayiş etdirilib.

Seminarda Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin sədri Prof.Dr.Ayhan Kuzu kolorektal cərrahiyyə sahəsində tibbin müasir yeniliklərindən danışıb. Seminar zamanı Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov “Kolorektal cərrahiyyədə Mərkəzi Gömrük Hospitalının təcrübəsi” ilə bağlı təqdimatla çıxış edib və auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Müzakirələrdə fəal iştirak edən Mərkəzi Gömrük Hospitalının həkimləri kolorektal xəstəliklərin müalicəsində keyfiyyətli və doğru yanaşmanı təmin edən müalicə prinsipləri ətrafında fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda Prof.Dr.Ayhan Kuzuya Mərkəzi Gömrük Hospitalının kollektivi adından təşəkkür plaketi təqdim olunub.

Paylaş »
››› İranda yüksək vəzifəli məmur da koronavirusa yoluxdu, ölkəni epidemiya bürüyür
››› Hakan Şükürdən 9 il sonra etiraflar: “Peşmanam...” - Video
››› Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
››› Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”
››› Koronavirus təhlükəsi: Azərbaycan İranla sərhəddə gömrük məntəqəsini bağladı
Son xəbərlər
Bütün xəbərlər »