Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Çinə viza verməyi dayandırır

ABŞ koronavirus səbəbindən fevralın 10-dan etibarən Çinə viza verilməsini dayandırır.

Bu barədə ABŞ-ın Pekindəki səfirliyi məlumat yayıb.

“ABŞ-ın Pekindəki səfirliyi, eləcə də Çendu, Quançjou, Şanxay və Şenyandakı Baş Konsulluqları tərəfindən viza xidmətlərinin göstərilməsi dayandırılıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, daha öncə Birləşmiş Ştatlar amerikalılara qarşı məhdudiyyətlər tətbiq edib, eləcə də son 14 gün ərzində Çinə səfər etmiş xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyub.

Bu məqamda bildirək ki, fevralın 9-na olan məlumata görə, Çində koronavirus xəstəliyinə yoluxanların sayı 37 min nəfəri keçib, 811 xəstə ölüb. Cons Hopkins Universitetinin layihəsinin monitorinq məlumatlarına görə, dünyada cəmi 37,5 min insan virusa yoluxub, 2,6 minə yaxın insan virusdan müalicə edilib. (Qafqazinfo.az)

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »