Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Litvalı deputat: “Seçkilərə hazırlıq peşəkar şəkildə aparılıb”

Litva Seyminin deputatları, Litva-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Simulik Valerijus və onun müavini Vaicekauskas Gintaras 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səsvermə prosesini izləyiblər.

Simulik Valerijus APA-ya açıqlamasında bildirib ki, seçkilərə hazırlıq peşəkar şəkildə aparılıb.

“Bizə namizədlərin 21 faizinin qadın olduğu barədə məlumat verilib. Bu, sevindirici haldır. Çünki harada qadın varsa, orada sülh var. Eyni zamanda seçkilərdə 19 partiyanın namizədlərinin iştirakı da çox yaxşıdır. Rəqabət həmişə ən yaxşını seçməyə fürsət yaradır. Biz ötən gün bir neçə rayonda olduq. Seçkilərə hazırlıq peşəkar şəkildə aparılıb”, - deyə litvalı deputat qeyd edib.

Paylaş »
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› Naxçıvan yolu Turan birliyinə aparan yol olacaq
Son xəbərlər
Bütün xəbərlər »