Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizədlər qanun pozuntularına etiraz edirlər

10 saylı Binəqədi üçüncü seçki dairəsindən 24 deputat olan və yenidən deputatlığa namizədliyini verən Madər Musayevin rəqiblərinin seçki qərargahları açıqlama yayıblar.

Bu barədə Bizimyol.info-ya 10 saylı Binəqədi üçüncü seçki dairəsindən qeydə alınmış namizəd Qorxmaz İbrahimli bildirib.

Qorxmaz İbrahimli Qorxmaz İbrahimli

Q.İbrahimlinın digər deputatlığa namizədlər Rəbiyyə Məmmədova və Gülağa Aslanlı ilə birgə verdiyi açıqlamada bu dairədə qanun pozuntuları halları qeyd olunub.

“10 saylı Binəqədi üçüncü seçki dairəsinin 6 saylı məntəqəsində bu dairəinin ərazisində yaşamayan şəxslərə seçki bülleteni verilir və onların səs verməsinə şərait yaradıılır. 11 saylı məntəqədə səs verməyə gələn hərbi qulluqçuların barmaqları ultrabənövşəyi lampalarla yoxlanılmır. 15 saylı məntəqədə xarici pasportlarla insanlara seçki bülleteni verilir. 2 və 8 saylı məntəqələrdə guya həmin məntəqənin ərazisində yaşadığını təsdiq edən arayışla şəxslərə seçki bülletenləri verilir. 8 saylı məntəqənin girişində dayanan şəxslər səsverməyə gələn seçicilərə bildirirlər ki, M.Musayevin oğlu Famil Musayev atasının lehinə səs verməyi tapşırıb. 30 saylı məntəqədə M.Musayevi təmsil edən nümayəndələr onun xeyrinə təbliğat apararaq səsverməyə gələn seçiciləri M.Musayevə səs verməyə çağırırlar. Yenə həmin məntəqədə etibarnamə ilə səsverməyə cəhdlər qeydə alınıb”,-deyə deputatlığa namizədlərin birgə açıqlamasında bildirilib.

Açıqlamda o da qeyd olunub ki, onları təmsil edən müşahidəçilərə və məşvərətçi səs hüquqlu komissiya üzvlərinə maneə yaradılır və onları şərləyərək səsvermə otağından kənarlaşdırmaq istəyirlər.

Bizimyol.info

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
Son xəbərlər
Bütün xəbərlər »