Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abituriyentlər, diqqət: İmtahan nəticələri açıqlandı
Rus bölməsi abituriyentləri üçün keçirilən "Azərbaycan dili" imtahanının nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən ( DİM ) lent.az-a verilən məlumata görə, imtahanın nəticələri iyunun 11-də DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1813 abituriyentdən 259 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 1554 abituriyentdən 1306 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiymət alıb.

Qeyd edək ki, abituriyentin imtahandan "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Paylaş »
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
Son xəbərlər
Bütün xəbərlər »