Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçki məntəqəsində müşahidəçiyə təzyiq göstərilib – Video

22 saylı Nəsimi ikinci seçki dairəsinin 22 saylı seçki məntəqədə müşahidəçiyə fiziki təzyiq göstərilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) məlumat yayıb.

Mərkəzin yaydığı videoda müşahidəçi bildirir ki, seçki məntəqəsində müşahidə kamerası olmadığına görə canlı yayım edir.

Digər şəxslər müşahidəçiyə videoçəkilişin qanunsuz olduğunu bildirib və ona fiziki güc tətbiq edərək seçki məntəqəsndə çəkiliş aparılmasına maneələr yaradıblar.

Müşahidəçi məntəqəyə polisin çağırılmasını tələb edib.

21 saylı Nəsimi birinci seçki dairəsinin 21 saylı seçki məntəqəsində müşahidəçi məntəqəyə qrup halında seçicilərin gətirildiyini, vəsiqəsi olmayanların səs verdiyini bildirilib: “Başqa məntəqədə səs verən şəxslər yenidən bu məntəqəyə gələrək səs vermək istəyirlər”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »