Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATƏT missiyasının koordinatoru: “Seçkiləri müşahidə etmək üçün hər cür imkan var”

“Seçkiləri Azərbaycanın ATƏT-in norma, standart və prinsiplərini həyata keçirmək üzrə öhdəliklərini yerinə yetirməsinin bir hissəsi olaraq Azərbaycan tərəfinin dəvəti çərçivəsində izləməyə gəlmişik”.

Bunu ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru Artur Gerasimov deyib.

Artur Gerasimov Artur Gerasimov

“Qısamüddətli missiyamızla Azərbaycandayıq. ATƏT missiyasına 41 ölkədən 358 müşahidəçi daxildir. Buraya ATƏT PA, AŞPA və ATƏT DTİHB nümayəndələri daxildir. Müşahidə ATƏT ölkələrində həyata keçirdiyimiz adi təcrübədir”, - o bildirib.

A.Gerasimovun sözlərinə görə, seçki gününə qədər müşahidəçilərə MSK, vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiyalar, namizədlər, ekspertlər və digərləri tərəfindən seçkilərə hazırlıqla bağlı ətraflı məlumat verilib.

“Beləliklə, hesabatımızın hazırlanması üçün aydın görüntü əldə etdik və bunu sabah mətbuat konfransında təqdim edəcəyik. Hazırda yüzlərlə müşahidəçimiz Bakı, Sumqayıt, Gəncə və bölgələrdə seçkiləri monitorinq edir. Bütün məlumatlar toplanacaq, təhlil ediləcək və sabah ictimaiyyətə təqdim ediləcək”, - xüsusi koordinator söyləyib.

A.Gerasimov beynəlxalq müşahidəçilərin missiyasını yerinə yetirməsində hər hansı maneənin olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Bir neçə seçki məntəqəsinə baş çəkdik və müşahidə aparmaq üçün hər cür imkan var”. (Report.az)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »