Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 saylı Binəqədi üçüncü seçki dairəsində qanun pozuntuları aşkarlanıb - Video

10 saylı Binəqədi üçüncü seçki dairəsinin ərazisində səsvermə başladıqdan sonra aşağdakı qanun pozuntularına yol verilib.

Bu barədə Bizimyol.info-ya 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd Qorxmaz İbrahimli bildirib.

Qorxmaz İbrahimli Qorxmaz İbrahimli

Namizəd bildirib ki, səsvermə başlanandan dərhal sonra 9 saylı məntəqədə işıqlar söndürülüb: “16 saylı məntəqədə müşahidə aparmağa icazə verilmir, müşahidəçilər məntəqə seçki komissiyasının sədri tərəfindən sərxoşluq ittihamı ilə şərlənir. 8, 21, 32,15 saylı məntəqədə kamera çəkilişə və müşahidəyə icazə verilmir. Əksər seçki məntəqələrində səs vermə otağı elə təşkil olunub ki, müşahidəçilər normal müşahidə aparmaq imkanına malik olmurlar. Bütün mənqələrdə daşınmaz seçki qutuları çoxlu sayda büllütenin salınmasına imkan verən formada hazırlanıb. Elektron müşahidə kameraları çalışmır 10 saylı məntəqədə məntəqə seçki komissiyasının sədri deputatlığa namizəd Madər Musayevin müşahidəçilərinin koməyi ilə müşahidəyə mane olurlar. 9,10,11,13,16, 21 , 24 ,25, 31 ,32 saylı seçki məntəqələrində təyin etdiyimiz məşvərətçi səs hüquqlu komissiya üzvlərinin normal fəaliyyətinə maneçilik yaradılır. 13 saylı məntəqədə seçki qutusunun üzərinə qadın çantası qoyulub. 22 saylı seçki məntəqəsində 5 nəfər hərbi heyətin ultrabenövşəyi işıqla yoxlanılmadan keçidi təmin edilib. 6 saylı seçki məntəqəsində Binəqədi ərazisdə qeydiyyatı olmayan şəxslərin səs verməsinə şərait yaradılır. “Karusel” əməliyyatı icra edilir. 32 saylı məntəqə seçki komissiyasının katibi seçki qutusunun yanında əyləşərək,əlini seçki qutusunun üzərinə qoyaraq səs verməyə mane olmaq istəyir”.

Qorxmaz İbrahimli bildirib ki, bu qanun pozuntuları barədə dairə seçki komissiyasına məlumat verilib: “Mərkəzi Seçki Komissiyasının qaynar xətti isə daim “məşğuldur”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »