Bir çox məntəqələrdə bülletenlər sayılmamış seçkilərə start verilib.
Bizimyol.info xəbər verir ki, bundan əlavə bir çox məntəqələrdə seçki qutusuna kütləvi bülleten qutuya atılıb. Bəzi məntəqələrdə artıq “karusel” üsulu ilə saxtakarlıqlar başlayıb. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin rəhbəri Musa Quliyev məntəqə rəhbərlərinə göstəriş verib ki, müşahidəçilərin audio və video izləmələrinə icazə verilməsin.
Qeyd edək ki, bütün saxtakarlıqlar aktalar, audio və video materiallarla qeydə alınıb.
20-yə yaxın məntəqədə seçki bülleteni sayılmadan seçkiyə başlanılıb. Müşahidəçilər və məşvərətçilərin iradına baxmayaraq proses bu qaydada davam etdirilib.
Qayda pozuntularının qeydiyytını aparan müşahidəçilərə qarşı polis çağrılıb ki, onları məntəqədən kənarlaşdırsınlar ancaq MSK nümayəndələrinin müdaxiləsi və ATƏT müşahidəçilərinin təmasından sonra müşahidəçilər məntəqələrdə saxlanılıb.
Saxtakarlıq olan məntəqələrin adalarını aşağıda qeyd edirik: