Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadə ilə Rauf Arifoğlunun seçki dairəsində qalmaqal - Foto

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədlər İqbal Ağazadə ilə Rauf Arifoğlunun səlahiyyətli nümayəndləri arasında qalmaqal baş verib.

Bizimyol.info xəbər verir ki, 35 saylı Xətai III seçki dairəsinin 22 saylı məntəqəsinin sədri məhdud sayda məşvərətçi və müşahidəçini məntəqəyə buraxması qarşılıqlı mübahisələrə səbəb olub.

Rauf Arifoğlu, İqbal Ağazadə Rauf Arifoğlu, İqbal Ağazadə

Ümid partiyasının səlahiyyətli nümayəndəsi müəyyən kvota ilə məntəqəyə məşvərətçi və müşahidəçinin buraxılmasının qanuni əsasının olmadığını bildirib.

Rauf Arifoğlunun səlahiyyətli nümayəndəsi Azər Ayxan isə İqbal Ağazadənin səlahiyyətli nümayəndələri tərəfindən seçki prosesinin pozulduğunu bildirib: “Seçki prosesini pozursunuz. Yerlərdən məlumat alırıq ki, Ümid partiyasının nümayəndələri seçkini pozmağa çalışırlar”.

İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi isə bildirib ki Ümid partiyasının nümayəndələri Mərkəzi Seçki Komissiyasının verdiyi səlahiyyətdən istifadə edərək seçki məntəqəsində qeydiyyatdan keçmək istəyirlər: “Amma siz bizim qeydiyyata düşməyimizə etiraz etməyinizi başa düşmürəm”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »