Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda cinayət törədən yeniyetmə və qadınların sayı açıqlandı

2019-cu ildə Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26672 cinayət qeydə alınıb.

Bu rəqəm 2018-ci il ilə müqayisədə 291 fakt və ya 1,1% çoxdur.

Bu hüquqpozmaların 7 min 543-nü böyük ictimai təhlükə törətməyən, 14 min 197-ni az ağır, 2 min 752-ni ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

İnsan alverinə qarşı mübarizə sistemli və ardıcıl olub. Hesabat dövründə 146 insan alveri və dörd məcburi əmək cinayəti müəyyən edilib. 10 nəfərdən ibarət dörd cinayətkar qrup zərərsizləşdirilərək, insan alverinin qurbanı olmuş 91 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Narkotik cinayətlərinə görə, məsuliyyətə cəlb olunmuş 3 min 199 nəfərdən 2 min 179-u əmək qabiliyyətli işləməyən və oxumayan, 889-u əvvəllər cinayət törətmiş şəxslər, 68-i isə qadınlardır.

Ümumilikdə 2019-cu il ərzində cinayət təqibi nəticəsində 12 min 174 şəxs məsuliyyətinə cəlb edilib. Onlardan 7 min 431-i işləməyən və oxumayan, 2 min 110-u əvvəllər məhkum edilmiş, 648-i qadın, 325-i yetkinlik yaşına çatmayanlar olub. (Oxu.az)

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »