Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb bölgəsində seçkilər - Foto

Qərb bölgəsində səsvermə fəallıqla müşahidə olunur.

Gəncə şəhər Kəpəz və Nizami rayonları üzrə Milli Məclisə 4 deputat seçiləcək. Gəncə üzrə qeydə alınan namizəd sayı isə 36-dır. Gəncədə 4 seçki dairəsi üzrə ümumilikdə 111 məntəqə fəaliyyət göstərir. Seçki məntəqələrindən 4-ü qapalıdır. 40 məntəqədə veb-kamera quraşdırılıb. Gəncə üzrə səsvermə hüququ olan vətəndaşların sayı 151450 nəfərdir. Onlardan 105-i ilk dəfə səs verəcək.

Qərb bölgəsində seçkilər - Foto

37 saylı Nizami (Gəncə) birinci seçki dairəsi üzrə 24 açıq, 1 qapalı məntəqə var. Dairə üzrə seçici sayı 33 469 nəfərdir. Onlardan 32 899 nəfəri açıq, 570 nəfəri isə qapalı məntəqədə səs verəcək. Dairə üzrə 10 məntəqədə veb-kamera quraşdırılıb. 18 yaşı tamam olan seçici sayı 2-dir. Seçki dairəsi üzrə ən yaşlı seçicilər 100 yaşlı Həsənova Nabat Hüseyn qızı və Cəfərov Qüdrət İsmayıl oğludur. Dairə üzrə seçki prosesini 562 yerli, 9 beynəlxalq müşahidəçi (4-ATƏT, 5-MDB) izləyəcək.

38 saylı Nizami (Gəncə) ikinci seçki dairəsi üzrə 24 açıq, 1 qapalı məntəqə var. Seçki dairəsi üzrə seçici sayı 34 370 nəfərdir. Onlardan 33 870 nəfəri açıq, 500 nəfəri isə qapalı məntəqədə səs verəcək. Seçki dairəsi üzrə 10 məntəqədə veb-kamera quraşdırılıb. 18 yaşı tamam olan seçici sayı 3-dür. 38 saylı Nizami ikinci Seçki Dairəsi üzrə ən yaşlı seçici 97 yaşlı Zeynalova Gülsən Babakişi qızıdır. Seçki dairəsi üzrə seçki prosesini 388 yerli, 8 beynəlxalq müşahidəçi (4-ATƏT, 4-MDB) izləyəcək.

39 saylı Kəpəz (Gəncə) birinci Seçki Dairəsi üzrə 29 açıq, 2 qapalı məntəqə var. Seçki dairəsi üzrə seçici sayı 41 521 nəfərdir. Onlardan 39 161 nəfəri açıq, 2 360 nəfəri isə qapalı məntəqədə səs verəcək. Seçki dairəsi üzrə 9 məntəqədə veb-kamera quraşdırılıb. 18 yaşı tamam olan seçici sayı 73-dür. Onlardan Məmmədov Rüfət İsa oğlunun 18 yaşı elə seçki günü tamam olur. 39 saylı Kəpəz birinci seçki dairəsi üzrə ən yaşlı seçici 104 yaşlı Babayeva Yemən Mürsəl qızıdır. Seçki dairəsi üzrə seçki prosesini 479 yerli, 10 beynəlxalq müşahidəçi (4-ATƏT, 4-MDB, 2- ŞƏT-SCO) izləyəcək.

40 saylı Kəpəz (Gəncə) ikinci seçki dairəsi üzrə 30 məntəqə var. Seçki dairəsi üzrə seçici sayı 42 090 nəfərdir. 40 saylı Kəpəz ikinci Seçki Dairəsinin 11 məntəqəsində veb-kamera quraşdırılıb. Seçki dairəsi üzrə 18 yaşı tamam olan 27 nəfər ilk dəfə səs verəcək. Ən yaşlı seçici 100 yaşlı İmanov Fərman Həmzə oğludur. 40 saylı Kəpəz İkinci Seçki Dairəsi üzrə seçki prosesini 614 yerli, 9 beynəlxalq müşahidəçi (4-ATƏT, 5-MDB) izləyəcək.

Həmçinin saat 8:00-dan Qərb bölgəsinin, 96 Saylı Goranboy-Naftalan, 97 Saylı Goranboy- Tərtər-Ağdam, 98 Saylı Şəmkir şəhər, 99 Saylı Şəmkir kənd, 100 Saylı Şəmkir- Daşkəsən, 101 Saylı Göygöl-Daşkəsən, 102 Saylı Samux-Şəmkir, 103 Saylı Gədəbəy, 104 Saylı Gədəbəy-Tovuz, 105 Saylı Tovuz, 106 Saylı Tovuz-Qazax- Ağstafa, 107 Saylı Qazax və 108 Saylı Ağstafa seçki dairələri və məntəqələrində də seçikilərə başlanılıb.

Qeyd edək ki, bölgənin bütün məntəqələrində vətəndaşların öz seçki hüquqlarından istifadə etmələri üçün lazımı şərait yaradılıb. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »